İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK tərəfdarlarından İNSANLIQDAN KƏNAR hərəkət - FOTOFAKT

Məlum olduğu kimi, Türkiyənin Kahramanmaraş şəhərindı baş verən fəlakətdən sonra bütün dünya zəlzələ qurbanları üçün səfərbər olub. Bir çox ölkədə hər şeyini itirmiş zəlzələ qurbanları üçün yardım toplandığı bir vaxtda Almaniyada qeyri-insani anlar yaşanıb. Belə ki, Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətinin Recklinghausen şəhərində Türkiyədə zəlzələ qurbanları üçün toplanan və anbarda saxlanan yardım malları PKK terror qruplaşmasının tərəfdarları tərəfindən yandırılıb.

Musavat.com-un xəbərinə görə, polisin verilən açıqlamada bildirilir ki, bir supermarketin ərazisində saxlanan məhsullar gecə saat 1:00 radələrində qəsdən yandırılıb.

0 (16).jpg (20 KB)

Məlumatda qeyd olunub ki, polisin əlində iki şəxsin hadisəni törətdiyinə dair videoçəkilişin var, onlar paltar, yemək, ev heyvanı üçün yemləri və başqa bükülmüş əşyaların hamısı tamamilə məhv ediblər.

Türkiyəyə qarşı törədilən xain hadisə ilə bağlı araşdırma başlanıb, yanğın 30 yanğınsöndürən tərəfindən 2 saatlıq müdaxilədən sonra söndürülüb.

Bundan başqa, terror qruplaşmasının tərəfdarları Türkiyə bayrağını da yandırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR