İnsanlara hürriyət, millətlərə istiqlal!

1500 nəfərlik kəndin futbol klubu İsveç çempionu oldu

İsveçin cəmi 1500 nəfər əhalisi olan Hallevik kəndinin “Mjällby” futbol klubu tarixi uğura imza atıb.

Musavat.com xəbər verir ki, komanda ilk dəfə ölkə çempionu adını qazanıb.

“Mjällby” 27-ci turda “Göteborg”u 2:0 hesabı ilə məğlub edərək 66 xal toplayıb və ən yaxın izləyicisi — Stokholm təmsilçisi *“Hammarby”*ni geridə qoyub.

1939-cu ildə qurulan klubun büdcəsi liqadakı ən kiçiklərdən sayılır. Komandanın ev stadionu cəmi 6,7 min tamaşaçı tutumuna malikdir.

Maraqlıdır ki, “Mjällby”nin baş məşqçisi — 59 yaşlı Anders Torstensson əvvəllər kənd məktəbində müəllim işləyib. Ötən mövsüm komanda İsveç çempionatında 5-ci yeri tutaraq tarixinin ən yaxşı nəticəsini əldə etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR