Onlayn ictimai-siyasi qəzet
Piyadanı vuran sürücü hadisə yerindən qaçıb.
Musavat.com xəbər verir ki, 30.10.2024-cü il tarixdə 1988-ci il təvəllüdü Ruşanov Peyman Xanoğlan oğlu sürücülük vəsiqəsi əsasında etibarnamə olmadan idarə etdiyi Zairov Vüsal Güloğlan oğluna məxsus "GAF" markalı yük avtomobili ilə piyada hərəkət edən 1980-ci il təvəllüdlü Baxşıyev Nazim Həziqulu oğlunu vurmuş və sonuncu aldığı xəsarətlərdən ölmüşdür.
Hadisə baş verəndən sonra yük avtomobilini idarə edən P. Ruşanov idarə etdiyi yük avtomobili ilə hadisə yerindən uzaqlaşmışdır.
Faktla bağlı Astara RPŞ-nin İB-də CM-nin 263.2-ci və 264-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ