Onlayn ictimai-siyasi qəzet
İran prezidentliyinə namizədlərin debatında Güney azərbaycanlı namizəd Məsud Pezeşkian hakimiyyətin xalqı aldatdığını və qiymətlərin artmasına şərait yaratdığını ifşa edib.
Musavat.com bu barədə İranın azərbaycanlı seqmentinə məxsus telegram kanallarına istinadən xəbər verir.
Pezeşkian deyib: "Mövcud tendensiya ilə səkkiz faiz artım mümkün deyil. İnsanları aldadırıq!
4-cü, 5-ci və 6-cı İnkişaf Proqramında ali rəhbər özü iştirak edirdi. Hamı deyirdi 20 faiz artım var. Niyə bunları ali rəhbər mühakimə etmir?"
Cəlili isə öz növbəsində bu ittihamları cavablandırıb: "Həsən Ruhani hökuməti proqram hazırlamamışdı".
Pezeşkian yenidən Cəlilinin bu cavabına öz reaksiyasını bildirib: "Sevdiyiniz prezident İbrahim Rəisi niyə bunu edib? Ətin qiyməti neçədir? Düyü neçədir? Ev neçəyədir? Maşın neçəyədir? Neçə idi, indi neçə olub?"
Debatdan həmin hissəni təqdim edirik:
@@TVmusavat/89744@@
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ