İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan SƏMİMİ ETİRAF - Millət vəkili olanda...

İran prezidenti Məsud Pezeşkian dünən ölkənin xarici işlər naziri Abbas Əraqçının rəsmi şəkildə vəzifəsinin icrasına başlaması mərasimində millət vəkili olarkən xaricə səfərləri zamanı gülünc gerçəkləri səmimi və dürüst şəkildə etiraf edib.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb. 

“Mən millət vəkili olarkən İran parlamentinin dostluq qrupları bizi başqa ölkələrə səfərə göndərirdilər. Bizi xaricə göndərən parlament rəsmisindən soruşurduq ki, orada nə etməliyik? Yəni hakimiyyət məndən rəsmi nümayəndə kimi nə etməyimi istəyir? Xaricə yollanarkən nə etməliyəm, iqtisadi, mədəni münasibətlərdə bir nəticə əldə etməliyik? Vallah həmin rəsmidən heç bir cavab ala bilmədik. Səfərə gedib boş-boş dolanıb, geri qayıdırdıq, heç nə etmirdik”, - Pezeşkian gülərək əlavə edib.

@@TVmusavat/94141@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR