İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan fars şovinisti barədə SENSASİON QƏRAR

İran prezidenti Məsud Pezeşkian qatı fars şovinisti kimi tanınan Rizvan Həkimzadənin adını yeni hökumət üzvlərinin siyahısından çıxarıb.

Musavat.com bildirir ki, bu barədə Təbriz mediası məlumat yayıb.

Gunaz.TV-nin bildirdiyinə görə, bir neçə gün əvvəl 14-cü hökumətin Təhsil Nazirliyinin Siyasət Komitəsinin üzvlərinin adları olduğu siyahıda xanım Həkimzadənin də adının olması azərbaycanlıların etirazına səbəb olmuşdu.

RİZVAN.jpg (18 KB)

Məlumatlara görə, Məsud Pezeşkian siyahıda adı olan şəxslərin kimliyini dəqiqləşdirdiyi zaman Rizvan Həkimzadənin adını siyahıdan çıxarıb.

Qeyd edək ki, Rizvan Həkimzadə və onun əməkdaşları bundan əvvəl qeyri-fars uşaqların ana dillərini unutdurmağa hesablanan layihə hazırlayıb və icrasına başlamışdılar. Layihəyə görə, uşaqlar 4 yaşından fars dilini öyrənməli və məktəbə daxil olmaq üçün bu dildən imtahan verməlidir. 4 yaşında fars dilini yaxşı mənimsəyə bilməyən uşaqlar isə xüsusi təlim mərkəzlərinə göndərilməlidirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR