İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian Xameneidən xahiş etdi: İsrailə hücum...

İlk yayın vaxtı 23:00

Pezeşkian Xameneidən İsrailə hücum etməkdən çəkinməyi xahiş edib. 

Musavat.com Iran International-a istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xameneidən gərginliyi arzuolunmaz müharibəyə çevirməmək üçün İranın İsrailə hər hansı birbaşa hücumunun qarşısını almağı xahiş edib.

Pezeşkian bildirib ki, bu potensial münaqişə onun prezidentliyini ciddi təhlükə altına sala bilər.

Həmçinin, Pezeşkian vurğulayıb ki, İsrailin İranın milli infrastrukturuna və enerji resurslarına qarşı sərt cavab hücumu təşkil etmək qərarı İran iqtisadiyyatını çökdürə və potensial olaraq ölkənin tənəzzülünə səbəb ola bilər.

Xamenei Pezeşkianın narahatlığını nə dəstəkləyib, nə də ona qarşı çıxıb. 

 Yada salaq ki, iyulun 6-da İslahatçı Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəldi.

Onun prezidentlik dönəminin başlaması ilə İran-İsrail münaqişəsi də gərginləşdi.
Səbəb isə HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı sui-qəsd hadisəsi oldu.

İsmayıl Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında sui-qəsd nəticəsində həlak oldu. SEPAH-ın məlumatına görə, Haniyə təxminən 7 kq çəkidə döyüş başlığı olan qısamənzilli mərminin atəşi nəticəsində öldürüldü.

Bununla da iki ölkə arasında müharibə anonsları səslənməyə başladı. Ekspertlər hesab edirlər ki, əsasən havadan hücumla reallaşa bilən İran-İsrail müharibəsi Üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər. Bu baxımdan dünya dövlətləri region və dünya üçün tərəfləri gərginliyə son qoymağa çağırır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR