İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian Şoyqudan bunları istəyib - ABŞ mediası ŞOK təfsilatları açdı

Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana səfəri barədə məlumat vermişik.

Musavat.com xəbər verir ki, bu səfərlə bağlı bəzi detallar məlum olub. Aydın olur ki, İran Putinin elçisi vasitəsi ilə Rusiyadan yeni hava hücumundan müdafiə sistemləri istəyib. İstək operativ şəkildə icraya qəbul olunub: Moskva artıq onları çatdırmaq protokollarına start verib.

Bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazır. Son vaxtlar ABŞ mediası İranın hakimiyyət eşolonuna dair önəmli xəbərləri uğurla yaymaqdadır: əksər məlumatların doğruluğu qısa zamanda təsdiqlənir.

Bəlli olub ki, Şoyqu yeni prezident Pezeşkian və silahlı qüvvələrin rəhbəri Məhəmməd Baqeri ilə hava hücumundan müdafiə təchizatı məsələsini müzakirə edib.

İki İran rəsmisi “NYT”a Rusiyanın artıq radarlar və digər hava hücumundan müdafiə vasitələrini tədarük etməyə başladığını təsdiqləyib.

ae72c1e3ff31416.jpg (79 KB)

Anlaşılan budur ki, İran İsrailə hücumla bərabər, həm də müdafiəni və havadan vurula biləcəyini hesablayır.

“The Wall Street Journal” isə yazır ki, avqustun 5-də Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu İrana səfər edib və prezident Məsud Pezeşkian və briqada generalı Məhəmməd Baqiri ilə görüşüb.

İran lideri çətin anlarda Rusiyanın dəstəyini bəyan edərək, Rusiya ilə münasibətlərin dərinləşməsinin vacibliyini vurğulayıb. Pezeşkian İsrailin Qəzzada hərəkətlərini və HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsini pisləyib və bunu beynəlxalq qanunların pozulması adlandırıb.

İran prezidenti qeyd edib ki, çoxqütblü dünyanı təşviq etmək üçün Rusiya ilə birgə səylər qlobal təhlükəsizliyə töhfə verir. Şoyqu Rusiyanın İranla əməkdaşlığa hazır olduğunu təsdiqləyib.

Musavat.com-un məlumatında da göstərildiyi kimi, Şoyqu Tehrandan birbaşa Bakıya uçub. Bunun səbəbinə dair öz ehtimallarımızı da yazmışıq.

Sitat: "Rusiya müttəfiqi İranın indiki mərhələdə dağıdıcı müharibəyə cəlb olunmasını istəmir, bu məsələdə öz maraqlarına təhdid görür. Tehran rəsmiləri ilə görüşüb, Bakıya - İsraillə və həm də İranla yaxşı münasibətləri olan əmin paytaxta uçur. Mümkündür ki, olası qlobal müharibəni önləmək cəhdlərində rəsmi Bakı da yaxından iştirak edir. Ya da paytaxtımız hər zamankı kimi, qarşıduran tərəflərə etibarlı danışıq masası təşkil etmək təcrübəsini yenidən dövriyəyə buraxıb..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR