Onlayn ictimai-siyasi qəzet
İran ona qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, öz inkişafını təmin etmək iqtidarındadır.
Musavat.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
"Tasnim" xəbər agentliyi onun sözlərini sitat gətirir: “Biz zirvəyə qalxa, regionumuzun bütün sahələrdə ən güclü ölkəsi ola biləcəyik”.
Kirman şəhərində polad zavoduna səfəri zamanı xarici sanksiyaların fəsadlarından danışan Pezeşkian əmin edib: "Uzunmüddətli planlaşdırmamız olsa, yaxşı nəticələr əldə edə bilərik. Biz başqa ölkələrin köməyinə ümid etməməliyik".
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ