Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiana zəng vuraraq onu təbrik edib.
Musavat.com İRNA agentliyinə istinadən xəbər verir ki, Pezeşkian Paşinyana İran İslam Respublikası bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir və beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qarşı olduğunu deyib.
Paşinyan Pezeşkiana təbrik zəngində İranın əvvəlki prezidenti İbrahim Rəisinin vəfatından təəssüfləndiyini bildirib və iki ölkə arasında əlaqələrin Rəisinin dövründə yaxşı inkişaf etdiyini deyib.
Qarşıdakı dövrdə də iki ölkə arasında münasibətlərin isti və mehriban qalacağına ümid etdiyini bildirən Ermənistanın baş naziri əlavə edib ki, İran və Ermənistan arasında münasibətlər ümumi maraqlara əsaslanır.
İran prezidenti isə təbrikə görə Nikol Paşinyana təşəkkür edib və Ermənistanın İranın qonşuları arasında mühüm yer tutduğunu və bu ölkə ilə əlaqələrin İranın xarici siyasət sistemi üçün çox önəmli olduğunu qeyd edib: “İranın Ermənistanla sərhədi qısa olsa da, bu, ümid və dinc həyatın sərhədidir və bizim sizə qarşı prinsipial siyasətimiz toxunulmazdır”.
İranın seçilmiş prezidenti ölkəsinin bütün ölkələrin ərazi bütövlüyünə hörmət etdiyini və beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qarşı olduğunu vurğulayaraq deyib: “Biz Ermənistan və Azərbaycan Respublikası arasında sülh danışıqlarını dəstəkləyirik və bu istiqamətdə hər cür yardıma hazırıq”.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ