İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian onu Prezident Administrasiyasına rəhbər TƏYİN ETDİ

İranın Prezident Administrasiyasına yeni rəhbər təyin edilib.

Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, Məhəmməd Şəriətmədari bu gün prezident Məsud Pezeşkianın sərəncamı ilə İranın Prezident Administrasiyasının rəhbəri təyin edilib.

O, əvvəllər kəşfiyyat (ETTELAAT) nazirinin müavini, ticarət və sosial rifah naziri vəzifələrində çalışıb. 

"Tasnim" agentliyinin məlumatına görə, Məsud Pezeşkianın saytı Şəriətmədarinin prezident aparatının rəhbəri təyin olunduğunu elan etsə də, bir neçə dəqiqədən sonra xəbəri silib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR