Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkian ilin sonuna qədər ölkələr arasında strateji tərəfdaşlıq sazişini imzalamaq üçün Moskvaya səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya və İran arasında tərəfdaşlıq sazişi yaxın vaxtlarda imzalanacaq.
Lavrov qeyd edib ki, saziş təhlükəsizlik və müdafiə sahəsində daha sıx əməkdaşlığı nəzərdə tutur ki, bu da hər iki ölkənin beynəlxalq arenada öz mövqelərini gücləndirmə istəyini əks etdirir.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ