İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian: "İsrail bizi müharibəyə çəkir, ayıq olmalıyıq..."

Musavat.com xəbər verir ki, İsrailin ardıcıl hücumlarından sonra dünya ictimaiyyətinin diqqəti İrana yönəlib.

ABŞ-nin “New York Times” qəzetinin verdiyi məlumata görə, İsrailin Hizbullah lideri Həsən Nəsrullahı öldürməsinə qarşı İran hökumətində fikir ayrılıqları var.

Xəbərdə mühafizəkar qüvvələrin Tehranın ən sərt şəkildə cavab verməsini tələb etdiyi, İranın yeni prezidenti Məsud Pezeşkiyanın başçılıq etdiyi mötədil qüvvələrin isə təmkinli olmağa çağırdığı iddia edilir.

Qəzetin iddiasına görə, Pezeşkian bunun Netanyahunun müharibəni genişləndirmək üçün qurduğu bir tələ olduğunu düşünür və İranın bu tələyə düşməməli olduğunu bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR