İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian İrəvana səfərə gedə bilər

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri planlaşdırılır. Bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə “İrəvan Dialoqu–2025” beynəlxalq forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Musavat.com xəbər verir ki, diplomat qeyd edib ki, Tehran və İrəvan arasında münasibətlər yüksək səviyyədədir və iki ölkə arasında mütəmadi olaraq yüksək səviyyəli diplomatik səfərlər həyata keçirilir.

“Hazırda İran Prezidentinin İrəvana rəsmi səfərinin təşkil olunması üzərində işləyirik. Paytaxtlar arasında siyasi məsləhətləşmələr aparılır. İqtisadi əməkdaşlığımız çox güclüdür və yaxın vaxtlarda nəqliyyatda sıfır faiz tariflərin tətbiqi ilə bu sahədə əlaqələr daha da genişlənəcək,” – deyə Xətibzadə bildirib.

O əlavə edib ki, iki ölkə arasında yüksək texnologiyalar sahəsində də məhsuldar əməkdaşlıq qurulub. Turizm və mədəniyyət istiqamətlərində də əlaqələrin inkişafı davam edir.

“Ümidvarıq ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra bəzi maneələr aradan qalxacaq və uzun müddətdir reallaşdırıla bilməyən layihələrə start veriləcək,” – deyə nazir müavini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR