Onlayn ictimai-siyasi qəzet
İran hakimiyyəti Livanda çoxsaylı rabitə cihazlarında baş verən partlayışlardan sonra "Motorola" korporasiyasının mobil telefonlarının idxalını və istifadəsini qadağan edib.
Məlumata görə, ticarət, sənaye və mineral sərvətlər nazirinin müavini Məhəmməd Mehdi Baradaran vəzifəsindən getməzdən bir müddət əvvəl bəyan edib ki, İranda hətta "Motorola" markalı telefonların satışı da dayandırılacaq.
Portalın qeyd etdiyi kimi, bir çox onlayn mağazalar artıq cihazları kataloqlarından çıxarıb və ya statuslarını "əldə yoxdur" vəziyyətinə dəyişib. İdxal qadağası səbəbindən bu markanın telefonlarının ölkə daxilində qeydiyyata alınması mümkün deyil.//Oxu.Az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ