İnsanlara hürriyət, millətlərə istiqlal!

Peycer əməliyyatı bir həftə əvvəl təsdiqlənibmiş

Livanda peycerlərin partladılması əməliyyatı İsrailin baş naziri Benyamin Netanyahu ilə bu ölkənin hökumət üzvləri və təhlükəsizlik rəsmiləri arasında keçirilən görüşlərdə təsdiqlənib.

Musavat.com xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb. Onun sözlərinə görə, əməliyyata həftənin əvvəlində icazə verilib.

İki ABŞ rəsmisi Axios-a bildirib ki, İsrail ABŞ-yə belə bir əməliyyata hazırlıq barədə məlumat verməyib.

İsrail mənbələri isə portala deyiblər ki, yəhudi dövləti insident nəticəsində ciddi eskalasiya riskinin fərqindədir və İsrail hərbçiləri şiə “Hizbullah” hərəkatının mümkün cavabı üçün yüksək hazırlıq vəziyyətindədirlər.

Qeyd edək ki, sentyabrın 17-də Beyrut və Livanın bölgələrində peycerlərin irimiqyaslı partlaması baş verib. KİV-in məlumatına görə, kiberhücum İsrail kəşfiyyatının agenti Mahşir Keşer tərəfindən həyata keçirilib.

O, əvvəllər Hizbullahın logistika marşrutlarına yönəlmiş müxtəlif əməliyyatlar həyata keçirib. Partlayışlar nəticəsində 11 nəfər ölüb, 4 minə yaxın insan yaralanıb.

Yaralılar arasında İran səfiri Moctaba Amani də var. Onun həyatı təhlükədə deyil. Partlayışların birində Hizbullah millət vəkilinin oğlu da həlak olub.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR