İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan TÜRKİYƏ MESAJI: "Bizə yaxşı qonşu olmaları üçün hər şey etməliyik"

Kremlin sözçüsü Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya ilə Türkiyə arasındakı münasibətlərə toxunub və iki ölkənin münasibətlərini qorumaq üçün göstərdiyi səylərdən danışıb.

Musavat.com xəbər verir ki, iki ölkə arasındakı münasibətləri şərh edən Peskov türk atalar sözü ilə misal çəkib.

"Uzaq qohumdansa yaxın qonşu yaxşıdır" - o deyib.

Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, Türkiyənin Rusiyaya yaxşı qonşu olması üçün hər şeyi etməlidirlər:

"Bilirsiniz, mən türkoloqam. Türk atalar sözündə belə bir deyim var: "Uzaq qohumdansa yaxın qonşu yaxşıdır". Ona görə də Türkiyənin Rusiyaya yaxşı qonşu olması üçün əlimizdən gələni etməliyik. Türkiyədə hər kəsin siyasi fikri var. Onlar da Rusiyanın Türkiyəyə yaxşı qonşu olduğunu düşünürlər. Bu vəziyyət bizim ikitərəfli münasibətlərimizə, yeni üfüqlərə çatmağımıza və bir çox şirkətlərin əməkdaşlığına imkan yaradır” dedi.

Peskov onu da əlavə edib ki, Türkiyə-Rusiya münasibətləri “görünməmiş” dialoqa əsaslanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR