İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan SON DƏQİQƏ açıqlaması: Putin vacib görüşlər keçirəcək

Rusiya prezidenti Vladimir Putinin iş günü kifayət qədər fəal keçəcək.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Prezidentin gün ərzində iş görüşmələri olacaq. Axşam saat 6-7-8 radələrində isə bir neçə beynəlxalq telefon danışığının olacağı gözlənilir. Bu gün prezident üçün kifayət qədər aktiv iş günüdür, buna görə də çoxlu məlumat olacaq”, – deyə Kremlin nümayəndəsi bildirib.

Peskovun sözlərinə görə, Putin hazırda Novo-Oqaryovoda işləyir. Prezident təxminən saat yarım davam edəcək hökumət müşavirəsi keçirməsi də planlaşdırılır. Müşavirənin əsas mövzusu kommunikasiya xidmətləri sahəsində görülmüş işlər və bu sahədə Rusiyanın texnoloji suverenliyinin təmin edilməsi olacaq. Eyni zamanda cari məsələlər də müzakirə ediləcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR