İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Ukraynaya müdaxilənin yeni “səbəbini” tapdı - ərazi mübahisəsi

“Ukrayna NATO-ya daxil olması halında Rusiyanın Alyansın üzvü ola biləcək bir dövlətlə ərazi mübahisəsi yaranacaqdı. Lakin İsveç və Finlandiya ilə bağlı belə bir problem mövcud deyil”.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bu sözlər Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tərəfindən səslənib.

“Bizim nə İsveç, nə də Finlandiya ilə ərazi mübahisəmiz yoxdur. Lakin Ukraynanın üzv olması bütün qitə üçün böyük risklərə səbəb ola biləcək nəticələri doğuracaq” -deyə o, qeyd edib.

Kreml sözcüsü buna rəğmən İsveç və Finlandiyanın da NATO-ya üzvlüklərinə qarşı çıxdıqlarını vurğulayıb.

“Biz hər iki dövlətin Şimali Atlantika Alyansına can atması ilə bağlı prosesi təhlükəsizliyimizin təminatı nöqteyi-nəzərdən diqqətlə izləyirik. Hesab edirik ki, mlli təhlükəsilziyimiz mütləq və qeyd-şərtsiz şəkildə təmin edilməlidir”,-deyə o, bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR