İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: "Luna-25-i itirməyimizə görə saçımızı yolmalı deyilik"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki,  "Luna-25" stansiyasının missiyasının uğursuzluğuna görə saçımızı yolmalı deyilik, səbəbləri təhlil etmək və yeni cəhd üçün onları aradan qaldırmaq lazımdır.

Musavat.com xarici mediaya istinadla bildirir ki, Peskov bu sözləri jurnalistlərin suallarına cavab verrərkən deyib.

“Biz bilirik ki, kosmosun tədqiqi və mürəkkəb kosmik proqramların həyata keçirilməsi uğursuzluqlar olmadan baş tutmur. Bu, ümidsizliyə qapılmaq, saçımızı yolmaq üçün səbəb deyil. Bu, səbəbləri təhlil etmək və növbəti dəfə onları aradan qaldırmaq üçün daha bir səbəbdir”, - Kreml sözçüsü bildirib. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR