İnsanlara hürriyət, millətlərə istiqlal!

Peru paytaxtının küçələrində Azərbaycanla bağlı bilbordlar yerləşdirilib

Azərbaycanın 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində bilbordlar yerləşdirilib.

Bu barədə Musavat.com-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, böyük ölçülü lövhələrdə Şuşa qalası fonunda Azərbaycan bayrağı, xalqımızın birlik rəmzi olan Dəmir yumruq, İkinci Qarabağ müharibəsi şəhidlərinin xətirə rəmzi olan Xarıbülbülün əks olunduğu və üzərində “8 Noyabr - Azərbaycanın Zəfər Günü” sözlərinin yazıldığı bilbordlar quraşdırılıb.

Zəfər Gününə həsr olunan təsvir bir neçə gün ərzində nümayiş olunacaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR