İnsanlara hürriyət, millətlərə istiqlal!

Peru Konqresi Kolumbiya prezidentini arzuolunmaz şəxs elan edib

Peru Konqresi Kolumbiya prezidenti Qustavo Petronu polisə verdiyi ifadələrə görə ölkədə “persona non qrata” elan edib.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, konqresin ümumi iclasında keçirilən səsvermədə 72 nəfər qərarın lehinə, 29- əleyhinə səs verib, 7 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, fevralın 12-də Kolumbiya prezidenti Qustavo Petro Peruda hökumət əleyhinə keçirilən aksiyalar barədə verdiyi bəyanatda Peru polisinin Amerika Konvensiyasını pozduğunu və vətəndaşlara qarşı nasistlər kimi yürüş etdiyini bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR