İnsanlara hürriyət, millətlərə istiqlal!

Peru ilə Meksika arasında siyasi qalmaqal: səfir ölkədən çıxarılır

Peru Meksikanın Limadakı səfiri Pablo Monroya ölkəni tərk etmək üçün 72 saat vaxt verib.

AZƏRTAC xəbər verir ki, Peru hökuməti Meksikanın Limadakı səfiri Pablo Monroyu bu ölkənin hakimiyyət orqanlarının yüksək vəzifəli nümayəndələrinin Perudakı siyasi vəziyyətlə bağlı davam edən bəyanatları ilə əlaqədar arzuolunmaz şəxs elan edib.

Meksika Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, Pablo Monroyun təhlükəsizliyini qorumaq üçün ona vətənə qayıtmaq göstərişi verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR