İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqonda kəşfiyyat direktoru işdən çıxarıldı - SƏBƏB İRAN DOSYESİ

ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin (DİA) direktoru general-leytenant Cefri Kruz tutduğu vəzifədən azad edilib.

Musavat.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi TASS-a məlumatı təsdiqləyib: "General-leytenant Kruz artıq DİA direktoru vəzifəsini tutmayacaq".

Bir müddət əvvəl “The Washington Post” öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ-ın müdafiə naziri Pit Heqset DİA rəhbərini işdən çıxarıb və buna Pentaqon rəhbərinin Kruza “etimadını itirdiyini” əsas gətirib.

Qəzet vurğulayır ki, Kruzun işdən çıxarılmasına DİA-nın Amerikanın İranın nüvə obyektlərinə endirdiyi zərbənin nəticələrini qiymətləndirməsi səbəb ola bilər. Mətbuata sızdırılan həmin qiymətləndirməyə görə, ABŞ zərbələri Tehranın nüvə bombası əldə etməsini çox güman ki, yalnız bir neçə ay gecikdirib. Bu qiymətləndirmə İranın zərbələr nəticəsində nüvə silahı yaratmaq imkanından tamamilə məhrum olması versiyasına sadiq qalan Heqsetin özünün və ABŞ prezidenti Donald Trampın bəyanatları ilə kəskin ziddiyyət təşkil edirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR