İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pentaqon rəhbəri ABŞ pilotlarına Krımdan uzaq durmağı əmr etmiş ola bilər”

ABŞ-nin müdafiə naziri Lloyd Ostinin amerikalı pilotlara Krıma yaxın uçmamağı əmr etdiyi güman edilir.

“Report” “The Washington Post”a istinadən xəbər verir ki, kəşfiyyat aparatlarının uça biləcəyi əraziləri göstərən xəritə var.

Xəritədə sərhədlər Krım sahilindən təxminən 19 kilometr aralıda çəkilib.

Qeyd edək ki, daha öncə “The Washington Post” qəzeti Ukrayna Silahlı Qüvvələrinin (USQ) hava hücumundan müdafiə texnikası və sursatının əhəmiyyətli çatışmazlığı ilə üzləşdiyini və Ukraynanın cəbhədəki hava hücumundan müdafiəsinin mayın 23-dək tükənəcəyini bildirmişdi. Müəlliflər yazıblar ki, Ukraynanın ixtiyarında olan hava hücumundan müdafiə sistemləri Rusiya raketləri və pilotsuz uçuş aparatlarının “cəmi daha 2-3 zərbə dalğasına tab gətirə bilər”. Materiallarda qeyd olunub ki, Qərbin göndərdiyi hava hücumundan müdafiə sistemlərinin sayı məhduddur və çox vaxt onlar xeyli sayda Rusiya atəşinin öhdəsindən gələ bilmirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR