İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR- VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir.

Musavat.com xezerxeber.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov deyib.

O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır.

Millət vəkili hesab edir ki, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər. Onun fikrincə, 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılması da mümkündür. Çünki dövlət büdcəsində sosial hədəflər də mühüm yer tutur.

Millət vəkili onu da əlavə edib ki, əvvəlki illərdə də pensiya və sosial müavinətlərin bir ildə iki dəfə artırılması ilə bağlı qərarlar verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR