İnsanlara hürriyət, millətlərə istiqlal!

Pelenin anası 101 yaşında vəfat edib

Əfsanəvi braziliyalı futbolçu Pelenin anası Selesta Arantes dünyasını dəyişib.

101 yaşlı Selesta Arantesin bir həftədən çoxdur xəstəxanada olduğu məlum olub. Lakin onun ölüm səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Pele 2022-ci ilin dekabrında 82 yaşında vəfat edib. O, "Santos" və "Nyu-York Kosmos" klublarında oynayıb.

Pele yeganə futbolçudur ki, oyunçu kimi üç dəfə dünya çempionu olub (1958, 1962 və 1970-ci illərdə).//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR