İnsanlara hürriyət, millətlərə istiqlal!

Pəhləvi yolunu gedən molla rejimi CAN ÜSTƏ - ŞOK DETALLAR

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Bütöv Azərbaycan Ocaqlarının (BAO) sədr müavini Faiq Ələkbərli Musavat.com-a İrandakı etirazlarla bağlı mövcud durumu şərh edib. 

faiqqqqqq-1.jpg (99 KB)

O bildirib ki, İranda baş qaldıran etirazlar istər insan hüquq və azadlıqları, istərsə də milli haqlar baxımından edamlarla müşahidə edilməkdədir:

"Xüsusilə də son günlərdəki edamlar İran xalqında şok effekti yaradıb. Fars-molla rejimi öz hüquqlarını tələb edən insanlara qarşı çox sərt davranır. Edam hökmləri bunun ən bariz nümunəsidir. Eirazçılar həbs olunur, şallaqlanır. Bütün bunlar etirazların daha ciddi bir mərhələyə keçməsinin qarşısını aldı. Ancaq hər şey bitməyib. Yeni bir dalğanın müşahidə olunacağı gözləniləndir. Xüsusilə də gənclərin rejimin tətbiq etdiyi üsullarla razılaşmayacağı ortadadır. Doğrudur, gənclər arasında intiharlar da var. İntihar qəbulolunmaz hal olsa da, bu, bütün hallarda rejimə etirazdır. Rejim ya insan hüquq və azadlıqlarına yenidən baxmalıdır, ya da getməlidir. Məsələnin edamlarla həll olunacağı mümkün deyil. Proses bu cür davam edə bilməz. Etirazlar tamamilə ortadan qaldırıla bilməz. Əgər ciddi islahatlar aparılmasa, növbəti mərhələ rejimin sonunu gətirəcək. Bir çox ölkələr Tehrandan səfirlərini geri çağırır, edamlarla bağlı bəyanatlar səsləndirir. Proses onu göstərir ki, qırılma nöqtəsində on milyonlarla insan küçələrə axışacaq, rejimi dəyişdirmədən meydandan geri çəkilməyəcək".

f91a35c7-1d9e-3a17-b211-b63013225a8e_850.png (1.12 MB)

Faiq Ələkbərlinin sözlərinə görə, çox yaxın müddətdə ikinci mərhələnin başlayacağı qaçılmazdır:

"Xüsusilə milli haqq davası aparan yeni nəsil bu şəkildə yaşamaq istəmir. Edamlar rejimin ömrünü müəyyən qədər uzada bilər. Biz bunu bir çox imperiyalarda, ayrı-ayrı dövlətlərin taleyində də görmüşük. İran rejimi də onu göstərir. 1978-79-cu illərdə Pəhləvilər rejimi də edamlara, həbslərə əl atdı, ancaq Məhəmməd Rza Pəhləvi ölkəni tərk etdi, məğlub oldu. İndiki rejim də o yola doğru gedir. Rejimin istər dini, istərsə də siyasi anlamda başında dayananların bir çox yaxınları da bilirlər ki, vəziyyət belə davam etməyəcək. Hər şey ikinci mərhələdə öz həllini tapacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR