İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxta daha böyük axın gözlənilir- iqtisadçıdan mühüm AÇIQLAMA

“Azərbaycan bəzi tariflərin istifadə həcmlərində olduğu kimi regionlara münasibətdə də diferensial yanaşma olmalıdır. Bina evində mənzillərin sağında, solunda, altında, üstündə digər mənzillər olduğu üçün, həm də qışı da sərt olmayan Bakı şəhərində 1000 manat əmək haqqı alan insanla, ucqar kənddə 400 manat alan və 10 dərəcə şaxtada yaşayan, evinin divarlarından buz sallanan kəndlinin  qaz satış qiymətlərini eyni etmək doğru deyil”.

Bu fikirləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov bildirib. O əlavə edib ki,  texniki olaraq diferensiasiya asan proses deyil: “Amma mümkündür və çox lazımdır. Eyni zamanda internet qiymətlərində də bu yanaşma mütləqdir. Evlərdə ortalama internet qiyməti minimum əmək haqqının 7%-nə çatır. Halbuki bu göstərici əksər ölkələrdə  2-3% ətrafında dəyişir.

Ekran şəkli 2025-01-25 104052.png (198 KB)

Şaxtalı sazaqlı kənddə yaşayan Əhməd ilə paytaxtın mərkəzində mülayim şəraitdə, binada yaşayan Məmməd eyni qaz pulu və eyni internet pulu verirsə və digər ödənişləri eynidirsə, iş yerlərinin də 80%-i Bakıda açılırsa, onda onu kənddən çıxıb Bakıya can atmasına görə necə qınamaq olar?

Əvvəllər kəndlərin bir üstünlükləri olurdu, şəhərlərin bir ayrı. Buna görə də insanlar bu üstünlüklərə görə kimi kəndi, kimi şəhəri seçirdi. İndi kəndin heç bir üstünlüyünü saxlamamışıq. Buna görə də biz paytaxta daha böyük axına hazır olmalıyıq”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

26 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR