İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxt qışa təslim oldu - Bakını buz kimi günlər gözləyir?

Qışın son ayında olmağımıza baxmayaraq, nəhayət ki, paytaxt Bakıya da qar yağdı. Şəhərdə olduqca soyuq hava müşahidə olunur. Son illərdə iqlim dəyişikliyinin təsiri Bakının qış mövsümündə də özünü göstərir.

Bəs soyuq və qarlı hava nə vaxtadək təsirli olacaq?

Meteoroloq Cavid Hüseynov bu barədə Yenisabah.az-a bəzi vacib nüansları açıqlayıb:

“Bakıda və Abşeron yarımadasında qışı mülayim, yayı quraq və isti keçən yarımsəhra və quru çöl iqlim tipi hakimdir. Bakı şəhərinin Xəzər dənizi sahilində yerləşməsi və dənizə yaxınlığının iqliminə əhəmiyyətli təsir göstərməsi qış fəslinin mülayim keçməsinə səbəb olur. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, orta çoxillik dövrdə qarlı günlərin sayı il ərzində 2–4 gün, qar örtüyünün ən böyük ongünlük qalınlıqlarının orta kəmiyyəti 3-5 sm təşkil edir”.

Ekspert son illərdə paytaxtda müşahidə olunan iqlim dəyişikliklərindən də söz açıb:

“Son onilliklərdə Günəş aktivliyi ilə əlaqədar radiasiya axınının dəyişməsi ilə yanaşı, sənayenin inkişafı ilə bağlı antropogen amillərin (üzvi yanacağın yanması nəticəsində atmosferin qaz tərkibinin dəyişməsi, atmosferin aerozol tərkibində dəyişikliklər, ətraf mühitə istilik emissiyalarının atılması, səthin strukturunda dəyişikliklər və s.) də regional iqlimə təsiri nəticəsində Bakıda və Abşeron yarımadasında orta illik temperaturun və isti günlərin sayının artması, həmçinin yağıntıların azalması tendensiyası müşahidə olunur”.

C.Hüseynov bildirib ki, bu dəyişikliklərin şəhər mühitinə əhəmiyyətli təsir göstərməsi şəhər infrastrukturunun yğunlaşdırılmasını və iqlim dəyişikliyinə davamlılığın artırılması üçün tədbirlərin həyata keçirilməsini tələb edir:

“Qış fəslinin iqlim xüsusiyyətlərinə görə, ölkəmiz, adətən yanvar və fevral aylarında tez-tez Arktik hava kütlələrinin təsirinə məruz qalır. Belə ki, fevralın son ongünlüyündə və mart ayının birinci yarısında temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi ehtimal olunur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR