İnsanlara hürriyət, millətlərə istiqlal!

Pavlodarda Leninski kəndi Ataməkan adlandırılıb - 31 ildən sonra

Qazaxstanın Pavlodar şəhər məclisinin deputatları yekdilliklə Leninski kəndinin adının Ataməkan adlandırılmasına səs veriblər.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, qərar regional onomastika komissiyasına göndəriləcək.

“Leninski kəndinin yerli icmasının yığıncağında adın bir neçə variantı, o cümlədən Kazanqapbi təklif olundu. Ataməkan adına 49 nəfər səs verdi. Biz Leninski kəndinin sakinlərindən adların dəyişdirilməsinə necə münasibət bəslədiklərini soruşmuşduq”, - deyə Pavlodar şəhər Mədəniyyət və Dillərin İnkişafı İdarəsinin rəisi Aygül Nurqamisova bildirib.

Deputatlar “Dostıq” çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün torpaq sahələrinin alınması, “Dostıq” mikrorayonunda tramvay yollarının çəkilməsi və Qızılorda-Respublika magistralında İrtış çayı üzərindən körpünün tikintisi kimi digər məsələlər barədə də qərarlar qəbul ediblər”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR