Onlayn ictimai-siyasi qəzet
"Telegram" mesencerinin təsisçisi Pavel Durovun Parisdə saxlanılmasından sonra Birləşmiş Ərəb Əmirliklərinin guya Fransaya məxsus 80 ədəd "Rafale" qırıcı təyyarəsini almaqdan imtina etməsi ilə bağlı yayılan xəbər rəsmi Paris tərəfindən təkzib olunub.
BFMTV kanalı məlumatı Fransa Silahlı Qüvvələrindəki mənbəyə istinadən dərc edib.
Qeyd olunur ki, Fransa hərbi departamentinin nümayəndələri iddia edirlər ki, KİV-də yayılan məlumatlar dezinformasiyadan başqa bir şey deyil.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. Avqustun 28-də dünyanın aparıcı informasiya agentliklərində dərc olunan xəbərdə qeyd olunur ki, Birləşmiş Ərəb Əmirlikləri Pavel Durovun həbsinə etiraz olaraq Fransa ilə aralarında olan 80 ədəd "Rafale" qırıcısının alınması ilə bağlı 17 milyard dollarlıq müqaviləni dondurub. Bundan bir gün sonra Pavel Durov məhkəmə nəzarəti altında sərbəst buraxılıb.//Oxu.az
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ