İnsanlara hürriyət, millətlərə istiqlal!

Patruşev: "NATO Rusiya ilə müharibəyə hazırlaşır"

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İnquşetiyada keçirilən iclasda bildirib ki, ABŞ-ın yaxın tarixdə dağıdıcı rolu göz qabağındadır və NATO bloku Vaşinqtonun digər dövlətlərə təsirinin mühüm alətidir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib ki, alyans mövcud olduğu 75 il ərzində dünyada yüzdən çox müharibə və hərbi münaqişəyə səbəb olub.

Patruşev NATO-nun yeni müharibələrə hazırlaşdığını vurğulayıb və qeyd edib ki, blokun Avropada “Sabit müdafiəçi 2024” adlı təlimləri başlayıb və bu təlimlərdə “Rusiya ilə silahlı qarşıdurma ssenarisi hazırlanır”.

Patruşevin sözlərinə görə, bu, “gərginliyi artırır və dünyada vəziyyəti sabitsizləşdirir”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR