İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla Robert Köçəryanın oğlu arasında GƏRGİNLİK

Baş nazir Nikol Paşinyanla Ermənistanın ikinci prezidentinin oğlu, deputat Levon Köçəryan arasında mübahisə olub.

Musavat.com erməni mediasına istinadən bildirir ki, kiçik Köçəryan parlamentdəki “Hökumət saatı”nda baş nazirə müraciət edərək onun təhlükəsizlik siyasətinin iflasa məhkum olduğu barədə tənqidi fikirlərini söyləyib.

Bildirib ki, Əliyevin son hədələri də buna sübutdur. Eyni zamanda, Köçəryanın oğlu baş nazirə adı ilə müraciət edib və bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub.

Hətta spiker Alen Simonyan ona irad tutub. L.Köçəryan Paşinyanın Azərbaycan prezidentinin arqumentləri qarşısında çəkingən mövqe sərgilədiyini xatırladıb və onun niyə qorxduğu barədə sual edib.

Tribunaya çıxan Paşinyan isə Köçəryana suallarını daha rəvan oxumağı tövsiyə edib və xatırladıb ki, o, məktəbdə deyil, parlamentdədir, bunu unutmasın. Oğul Köçəryana xəbərdarlıq edən Paşinyan ünvanlanan suallara cavab verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR