İnsanlara hürriyət, millətlərə istiqlal!

İspanların diktatora məhəbbəti artır – araşdırma

İspaniyada aparılan yeni sorğu diktator Fransisko Frankonun irsinə münasibətdə cəmiyyətin parçalandığını ortaya qoyub.

Musavat.com xəbər verir ki, İspaniya Sosial Araşdırmalar Mərkəzinin (CIS) oktyabr barometrinə əsasən, ölkə vətəndaşlarının 21,3 faizi Frankonun hakimiyyəti illərini “yaxşı” və ya “çox yaxşı” dövr kimi dəyərləndirir. Sorğu Frankonun ölümünün 50 illiyi və ölkədə demokratiyanın bərqərar olmasının ildönümü ərəfəsində keçirilib.

Respondentlərə belə bir sual ünvanlanıb: “Ümumilikdə sizcə, Franko diktaturasının illəri İspaniya və ispanlar üçün çox pis, pis, yaxşı, yoxsa çox yaxşı idi?”

Nəticələrə görə, iştirakçıların 39,1 faizi bu illəri “çox pis”, 26,4 faizi isə “pis” adlandırıb. Beləliklə, 65,5 faiz ispan Franko dövrünü mənfi qiymətləndirib. Bununla belə, 16,8 faiz “yaxşı”, 4,5 faiz isə “çox yaxşı” cavabını verib. Qalan respondentlər “orta”, “bilmirəm” və ya “cavab vermirəm” variantlarını seçiblər.

Bu nəticələr cəmiyyətdə tarixi yaddaş və diktatura dövrünə baxış məsələsində dərin ideoloji bölünmənin hələ də qalmaqda olduğunu göstərir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR