Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hakimiyyətinin qəbul etdiyi açıq anti-Rusiya vektoru xarici siyasət arenasında “va-bank” getməkdir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli politoloq Vigen Akopyandır.
“Ermənistan hakimiyyəti artıq müəyyən “qırmızı xətləri” keçdiyini bilərək Rusiya ilə münasibətlərdə “dönüş olmayan” yola girib. Onlar başa düşürlər ki, indi Rusiya ilə konstruktiv əməkdaşlığa nail ola bilmirlər və əvvəllər Rusiya Federasiyasından aldıqları hər hansı təminatları özləri üçün ala bilmirlər. Hesab edirəm ki, Rusiya hakimiyyəti hazırkı hökuməti dəstəkləmək məsələsi ilə bağlı hesablamalarında aşkar səhvə yol verib və Rusiya Federasiyasının nümayəndələrinin hazırkı bəyanatları bu məsələdə onların strateji səhvinin ifadəsidir”, - deyə Akopyan qeyd edib.
Onun sözlərinə görə, Qarabağ separatçıları arasında “hakimiyyət” dəyişikliyindən sonra Paşinyanın beynəlxalq aktorlar üçün yararlılıq müddəti başa çatıb.
“2021-ci il seçkilərindən sonra Nikol Paşinyan beynəlxalq güc mərkəzlərini legitimliyinə və istənilən qərarını həm Ermənistanda, həm də Qarabağ erməniləri arasında həyata keçirməyə qadir olduğuna inandıra bilmişdi. Paşinyanın Qarabağ erməniləri içində təsirinin azalması və bəlkə də tamamilə itirilməsi ilə onun geosiyasi nüfuzu və yararlılığı əhəmiyyətli dərəcədə azalıb. Belə görünür ki, Paşinyanın müəyyən sülh müqaviləsinə imza atması mümkün olsa belə, həmin sənədi gerçəkləşdirmək mümkün olmayacaq”, - deyə erməni ekspert iddia edib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ