İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyanın yaxın silahdaşı Babayanın başı üzərinə qara buludlar yığılıb"

Ermənistan hökumətinin nümayəndəsi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitənin Narek Babayanın başına qara buludlar alıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“Məsələn, yalnız Narek Babayanın dostuna məxsus “Annar” şirkəti Zəngəzur mis-molibden zavodunda qazıntı işləri aparmaqla məşğuldur. Babayan isə bir sıra şirkətlərin müqavilələrinə xitam verilməsində, sifarişlərin icrasını dostuna həvalə etməsində böyük rol oynayıb. Bundan başqa, kombinata məxsus nəqliyyat vasitələrində böyük fırıldaqlar üzə çıxıb. İş o yerə gəlib çatıb ki Paşinyanın parityasının Sünik təşkilatı babayanın əməllərindən birbaşa Paşinyana şikayət ediblər. Sonuncunun tapşırığı ilə hüquq-mühafizə orqanlarının əməkdaşları Babayanın fəaliyyətini, əmlakını, biznesini öyrənməyə başlayıb və maraqlı materiallar üzə çıxarıblar”, - deyə, qəzet yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR