Onlayn ictimai-siyasi qəzet
Ermənistanda daxili siyasi böhrandan çıxmaq üçün növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac yoxdur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu “Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin apardığı sorğunun nəticələri sübut edir.
Sorğulara görə, respondentlərin 47%-i yeni seçkilərə ehtiyac görmədiklərini bildirib. Sorğuda iştirak edənlərin 41%-i isə növbədənkənar parlament seçkilərinin keçirilməsinin lehinə olduğunu ifadə edib.
Sorğuda siyasi qüvvələr arasında güc nisbəti də bəlli olub. Respondentlərin 15,6 faizi hakim “Vətəndaş sazişi”, 4,7%-i müxalif “Ermənistan” blokunu, 2,5%-i “İctimai səs” blokunu, 2,1%-i “Çiçəklənən Ermənistan”, 2%-i isə “Respublika” partiyasını dəstəkləyib. Hazırkı parlamentdə yer alan “Şərəf duyuram” bloku 1,2% dəstəyə malik olub. Eyni zamanda, 23,5% səsvermədə iştirak etməyəcəyini bildirib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ