Onlayn ictimai-siyasi qəzet
“Referendum Ermənistanın Avropa İttifaqına üzvlüyü istiqamətində ilk deyil, sonuncu atılacaq addımdır”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hakimiyyət ictimai rəylə tanış olmaq üçün bu mövzuda parlament dinləmələri keçirib.
“Tərəfdaşlarımız qanun çərçivəsində təqdim olunan vasitələrdən istifadə edirlər. Biz Avropa istəklərimizi açıq şəkildə ifadə etmişik və tərəfdaşlarımızla bu mövzuda müzakirələri davam etdiririk. Lakin biz hadisələrdən və obyektiv reallıqdan çıxış edirik. Aİ-yə üzvlük konkret fəaliyyət tələb edir. Bu, çox uzun bir prosesdir. Biz gözləntilərimizdə təmkinli olmalıyıq. Aİ-yə üzvlük prosedurunda referendum birinci deyil, sonuncu addımdır”, - deyə Ovannisyan söyləyib.
Xatırladaq ki, Ermənistanda 4 radikal qərbyönlü partiya və bəzi QHT-lərin təşəbbüsü ilə Aİ-yə üzvlük məsələsinin referenduma çıxarılması üzrə imza toplama kampaniyasına başlanılıb.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ