İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa Prezidenti: “Öz nüvə potensialımız olmalıdır” – Yaxın gələcəkdə ölkəyə nüvə silahı yerləşdirilə bilər

Polşa Prezidenti Navrotski açıqlama verərək ölkəsinin nüvə silahı məsələsində hazırlıqlı olduğunu bildirib.

Musavat.com xəbər verir ki, prezident Polşanın NATO çərçivəsində nüvə paylaşım proqramına (Nuclear Sharing) qatılmaq hüququna malik olduğunu vurğulayıb.

Navrotski qeyd edib ki, Polşa “öz nüvə potensialına sahib olmalıdır” və bu, həm də alyansdakı nüvə dövlətləri ilə ortaq istifadə imkanı deməkdir. Prezident əlavə edib ki, Polşa ilə Fransa arasında nüvə əməkdaşlığı məhz bu prinsiplərə əsaslanır və bu, Nansi müqaviləsinin imzalanması ilə mümkün olacaq.

O, ölkəsinin nüvə dövləti statusunu hələ rəsmən açıqlamasa da, bu təşəbbüsün NATO çərçivəsində təhlükəsizlik və strateji əməkdaşlıq baxımından əhəmiyyətli olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR