İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyasında seçki saxtakarlığı qalmaqalı səngimir

Ermnistanda hakim “Vətəndaş sazişi” partiyasının qurultayında partiyanın idarə heyətinə keçirilən seçkilərin saxtalaşdırılması ətrafında qalmaqallar səngimir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli jurnalistlər bununla əlaqədar partiyanın deputatı Arpi Davoyanı sorğu-suala tutublar. Erməni deputat bununla bağlı məlumat yayan hər kəsi məhkəmə ilə hədələyib.

“İdarə heyətinə seçkilərin saxtlaşdırılmasının arxasında mənim dayandığımı yazan media nümayəndələri ilə hüquqi platformalarda görüşəcəyik, orada onlar öz sözlərinin doğruluğunu sübut etməlidirlər”,-deyə o, söyləyib.

Onun fikrincə, media aldığı sifarişə uyğun olaraq ağlına gələni yazır. “Bəli, səslərin yenidən sayılması olub, müəyyən səhvlərin buraxıldığı müəyyən edilib. Amma bu cür məlumatların media vasitəsilə yayılması kimə sərf etdiyini bilmək lazımdır. Səslərin yenidən sayılması demokratiyanın meyarıdır”, - deyə Davoyan bildirib.

Xatırladaq ki, ötən həftə iqtidar partiyasının qurultayında idarə heyətinə seçkilərin saxtalaşdırıldığı barədə məlumat düşmən lkədə əsas gündəm mövzularından birinə çevrilmişdi. Yerli mətbuatın xəbərlərinə görə, səslərin yenidən hesablanması aparılıb, nəticədə partiyanın parlament fraksiyasının rəhbəri Ayk Kancoryan və baş nazirin müavini Ambarsum Matevosyan İdarə heyətindən çıxarılıb. Onların yerini keçmiş səhiyyə naziri Arsen Torosyan və Fövqəladə Hallar naziri Armen Pambuxçyan tutub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR