Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin iyunun 17-də qanunla çağırılan növbədənkənar iclasında “Vətəndaş sazişi” fraksiyası iştirak etməyəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə hakim partiyanın fraksiyasının katibi Artur Ovannisyan bildirib.
“Fraksiyamız növbədənkənar iclasda iştirak etməyəcək, çünki müxalifətin gündəliyi saxtadır və Ermənistan Respublikasının dövlət maraqlarına uyğun gəlmir. Növbədənkənar iclas bizim iştirakımız olmadan baş tuta bilməz. Qanuna görə çağırıla bilər, lakin yetərsay olmadığına görə baş tutmayacaq”, - deyə Ovannisyan söyləyib.
Xatırladaq ki, İyunun 17-də saat 18:30-da Ermənistan parlamentində “Ermənistan” və “Şərəf duyuram” fraksiyalarının təşəbbüsü ilə növbədənkənar sessiyanın keçirilməsi nəzərdə tutulub. Gündəliyə “Hökumətin istefası və yeni hökumətin formalaşdırılmasının zəruriliyi haqqında” Milli Məclisə müraciət layihəsi daxildir.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ