Onlayn ictimai-siyasi qəzet
“Axtarışda olan yaşı 27-dən yuxarı 10-a yaxın vətəndaş Ermənistana qayıdıb və 15 milyon dram (təxminən 37 min dollar) ödəməyə hazır olduqlarını, məcburi hərbi xidmət keçməyəcəklərini bildiriblər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində hakim “Vətəndaş sazişi” partiyasının deputatı Ayk Sarkisyan deyib.
Deputat bildirib ki, həmin şəxslərə qarşı cinayət işlərinə xitam veriləcək və onlar yeni pasportlar alacaqlar. Ayk Sarkisyanın hesablamalarına görə, bir il ərzində 500-dən 1000-ə qədər vətəndaş qanundan istifadə edəcək.
Ermənistanda qəbul edilən yeni qanuna görə, vətəndaşlar 2,5 milyon dram ödəyib 1 il orduda xidmət edə, 5 milyon dram ödəyib 6 ay xidmət edə, 8 milyon dram ödəyib bir ay xidmət edə, ya da 15 milyon dram verib orduya getməyə bilərlər.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ