İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın müraciəti Ermənistanı QARIŞDIRDI

Nikol Paşinyanın Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 34-cü ildönümü münasibətilə bir gün əvvəl dərc olunmuş təbrik mətni erməni millətçi dairələrinin amansız hücumlarına səbəb olub.

Bu barədə Musavat.com haqqın.az-a istinadən xəbər verir.

Onların fikrincə, Paşinyanın müraciətində Müstəqillik Bəyannaməsi ilə hazırkı Ermənistan Konstitusiya arasında ziddiyyətlərin olmasının vurğulaması təsadüfi deyil. Belə ki, bu müracət konstitusiyanın preambulasından bəyannaməyə istinadların çıxarılmasına zəmin hazırlamaq cəhdidir.

Erməni revanşistlərinin qəzəbinə Paşinyanın 1990-cı il avqustun 23-də qəbul edilmiş Bəyannamənin 5-ci maddəsinə əsasən silahlı qüvvələr, daxili qoşunlar, dövlət və ictimai təhlükəsizlik orqanları o vaxtkı Ermənistan SSR Ali Sovetinə tabe olması barədə dedikləri olub. Halbuki Ermənistanın hazırkı Konstitusiyasına görə onlar əvvəlcə ölkə prezidentinə, 2018-ci ilin aprelindən sonra isə hökumətə tabe olublar.

"Bu, birbaşa və birmənalı şəkildə göstərir ki, Ermənistan Konstitusiyası yalnız Müstəqillik Bəyannaməsinin birbaşa, hərfi və birmənalı ifadə olunan müddəalarını ifadə edir və hər hansı digər şərh sadəcə olaraq yersizdir", - Nikol Paşinyan müraciətində yazıb.

Bununla bağlı xatırladaq ki, Ermənistanın hazırkı Konstitusiyası, daha doğrusu, onun preambulası bu gün Azərbaycanla sülhün əldə olunmasına əngəl törədən əsas maneələrdən biridir.

Məlum olduğu kimi, orada Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistana “ ilhaq edilməsi” haqqında Müstəqillik Bəyannaməsinə istinad var.

db33d792-f149-3568-ac2c-69622d99.jpg (71 KB)

Keçmiş parlament üzvü və Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Kim Balayan deyib ki, Nikol Paşinyanın baş nazir kimi fəaliyyəti nəticəsində “səbr kasası çoxdan daşıb”.

SSRİ dövründə Ermənistan Ali Sovetinin qərarına əsasən, heç bir məmurun Qarabağı “başqa dövlətin ərazisi” kimi tanımaq hüququ olmadığını xatırladan Balayan baş prokuroru Nikol Paşinyana qarşı dərhal cinayət işi qaldırmağa çağırıb.

Paşinyan Azərbaycana ərazi iddiaları ilə bağlı bu prinsipial mühüm məsələdən yayınsa da, onun dünənki mesajı Konstitusiyanın preambulasının çıxarılmasına hazırlıq kimi qəbul edilib.

Keçmiş prezident Serj Sərkisyanın rəhbərlik etdiyi “Respublika” Partiyası bəyan edib ki, “konstitusiyanın preambulasından Müstəqillik Bəyannaməsinə istinadların çıxarılması yolverilməzdir”.

Keçmiş deputatı Qaqik Minasyan konstitusiyanın “Ermənistan dövlətçiliyinin əsas prinsiplərinə və Müstəqillik Bəyannaməsində əks olunmuş milli ideyalarına əsaslandığını” vurğulayıb. Məhz buna görə də konstitusiyanın preambulası onun təbirincə desək, “təkcə xarici düşmənlərin deyil, həm də daxili xain qüvvələrin spekulyasiya obyektinə çevrilib”.

Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresindən Aram Manukyan Paşinyanın Müstəqillik Bəyannaməsinin ildönümü şərəfinə etdiyi müraciəti “təbrik yox, ayıb” adlandırıb.

Onun fikrincə, əslində, Paşinyan belə bir fikri çatdırmaq istəyir ki, Müstəqillik Bəyannaməsi Konstitusiyaya uyğun deyil və o, Konstitusiyanın preambulasından çıxarılmalıdır.

Daşnaksütyun Partiyası gözlənildiyi kimi Konstitusiyanın preambulasının çıxarılmasına qarşı bəyanat yayıb və Paşinyanın müraciətini pisləyib.

Yada salaq ki, Paşinyanın göstərişi ilə Ermənistan Konstitusiyasının yeni layihəsinin hazırlanması üçün komissiya yaradılıb, baxmayaraq ki, onun işi ilə bağlı hələlik heç bir məlumat daxil olmayıb.

Beləliklə, bəlli olur ki, Ermənistandakı revanşist dairələr keçmiş Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınmasını “antikonstitusiya addımı” kimi qiymətləndirərək, konkret olaraq konstitusiyanın preambulasına istinad edirlər...

Yada salaq ki, rəsmi Bakı Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə hesab edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR