Onlayn ictimai-siyasi qəzet
Ermənistan Dövlət Nəzarət Xidmətinin rəhbəri Romanos Petrosyan yerli ETK saytını və onun rəhbəri Edik Bağdasaryanı prokurorluğa şikayət edib.
Musavat.com-un xəbərinə görə, o yerli jurnalistlərə açıqlamasında deyib:
“Biz onları böhtana görə məsuliyyətə cəlb etmək, təkzib tələb etmək və mənəvi ziyanın ödənilməsini istəmək məcburiyyətində qaldıq”.
Yerli media mənsubları fürsətdən istifadə edərək Petrosyana son sorğuların nəticələrini xatırladıblar.
Nəticələrə görə, Paşinyanın partiyasının imici 11%-ə düşüb və bu, hakim siyasi qüvvə üçün tarixi minimum sayılır.
“Oxşar statistika 2021-ci il ümummilli seçkilərindən əvvəl də təqdim olunmuşdu. Lakin xalqın səsverməsindən sonra tamamilə fərqli mənzərə ilə qarşılaşdıq”, - deyə Romanos Petrosyan suala belə cavab verib.
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ