İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqudan Qriqoryana: “Cənubi Qafqazdakı vəziyyət daimi diqqət tələb edir”

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Cənubi Qafqazda yaranmış vəziyyətin daimi diqqət və koordinasiyaya ehtiyac duyduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mühüm olan odur ki, biz saatlarımızı eyni vaxtda işlədək. Qafqazda, xüsusilə də Cənubi Qafqazda son dövrlərdə baş verən hadisələr bizim daimi diqqətimizi və məsləhətləşmələrimizi tələb edir”, - deyə Şoyqu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş zamanı bildirib.

Qriqoryan isə öz növbəsində regiondakı vəziyyətlə bağlı detalları paylaşmağa hazır olduğunu vurğulayıb və görüş imkanı üçün təşəkkür edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR