Onlayn ictimai-siyasi qəzet
"Rusiya nöqteyi-nəzərindən Ermənistanın indiki rəhbərliyi ölkəni əsaslı şəkildə Qərbə yönəltmək qərarına gəlib".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Rusiyanın Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Beynəlxalq Siyasət fakültəsinin Kompleks Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CCEMI) direktor müavini Dmitri Suslov tərəfindən "Ermənistan yol ayrıcında: KTMT, NATO və ya qoşulmama statusu" mövzusunda dəyirmi masada səslənib.
"Paşinyanın hərəkətləri bir çox cəhətdən Saakaşviliyə bənzəyir. Mənə elə gəlir ki, o, artıq seçimini edib. Azərbaycan isə Ermənistanın indiki rəhbərliyindən qat-qat incə davranır. Azərbaycan Rusiya ilə münasibətlərini pisləşdirmir", - deyə Suslov qeyd edib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ