İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyanın elit velosipedi uzaqdan partladıla bilər” - Erməni mediası

“Qolos Armeniya”dan axmaq iddia: ”Azərbaycan da bizim noutbukları, telefonları...”

İsrailin 24-26 sentyabr tarixlərində Bakıda keçirilən Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX 2024) iştirakı Ermənistanda qorxu yaradıb. Qeyd edək ki, sərgidə İsraildən 9 müdafiə sənayesi şirkəti iştirak edib. ADEX 2024-də iştirak edən İsrail müdafiə şirkətləri bunlardır: “Aeronautics Group”, “Controp”, “D-fend Solutions”, “Elbit Systems MMC”, “IAI - Israel Aerospace Industries”, “Optitask”, “Plasan”, “Rafael” və “Uvision Uav”.

Musavat.com “Qolos Armeniya”ya istinadən xəbər verir ki, erməniləri qorxuya salan bu günlərdə Livanda “Hizbullah” yaraqlılarına qarşı peycer əməliyyatı olub.

Ağılsız ermənilər iddia edirlər ki, guya Bakıda Süni İntellekt Mərkəzi qurub və Yaxın Şərq Telegram kanalları öz mənbələrinə istinadən layihənin təşəbbüskarının İsrailin olduğunu yazıblar.

Снимок-3.JPG (48 KB)

“Azərbaycan İsrail kibertexnologiyalarına və mərkəzin texniki imkanlarına geniş çıxış əldə edərək bu təşəbbüsdən mütləq böyük fayda əldə edəcək. Bakı onlardan öz ehtiyacları üçün istifadə edəcək, həmçinin mərkəzin bazasında süni intellektdən hərbi məqsədlər üçün istifadə sahəsində özünün yüksək ixtisaslı mütəxəssislərini yetişdirmək imkanı əldə edəcək. Bu təşəbbüsdə Ermənistan üçün hansı təhlükələrin olduğunu söyləməyə ehtiyac yoxdur”.

“Qolos Armeniya” yada salır ki, İsrail kəşfiyyat rəqəmsal texnologiyadan istifadə edərək Livanda “kütləvi terror hücumu” təşkil edib, amma onu deməyi unudurlar ki, söhbət terrorçu təşkilat kimi tanınan “Hizbullah”dan gedir, mülki əhaliyə qarşı heç bir əməliyyat keçirilməyib.

Снимокf.JPG (63 KB)

Daha sonrakı sitata diqqət edək. “Ərəb ölkəsində rabitə avadanlığının, smartfonların, noutbukların və digər cihazların minlərlə partlayış göstərdi ki, Təl-Əvivin texnoloji üstünlüyü genişmiqyaslı hərbi qarşıdurmanın nəticələrinə həlledici olmasa da, çox əhəmiyyətli təsir göstərə bilər”.

Livan ermənilərin sıx yaşadığı ölkədir və ermənilərin narahatlığını bəlkə də bu baxımdan başa düşmək olardı. Amma sən demə, ermənilərin “qarın ağrısı” fərqlidir. “İsrailin İT və süni intellekt sahəsində öz texnologiyalarını və təcrübəsini Azərbaycana ötürməsi Ermənistanın ikinci Livana çevrilməsi təhlükəsi yaradır”. Bu qədər sarsaq və qorxaq bir iddia ancaq ermənilərin ağlına gələ bilərdi ki, bunu da utanmadan tirajlayıblar.

esas.png (122 KB)

“Qolos Armeniya” daha sonra yazır: “İsrailin yüksək texnologiyalar sahəsində toplanmış bütün bazasını Azərbaycanla bölüşəcəyini birmənalı demək çətindir. Gizliliyi və hətta ən yaxın müttəfiqlərinə (ABŞ) etimadsızlığı ilə tanınan Təl-Əvivin Azərbaycana öz texnoloji inkişaflarının zəngin resursuna bu qədər asanlıqla çətin ki, çıxış imkanı versin. Ancaq bizim üçün əsas sual başqadır. Ermənistan Livanın gününə düşməyin real təhlükəsini dərk edirmi? Bəs ölkəmiz Azərbaycandan və ya başqalarından potensial olaraq gözlənilən belə bir zərbənin qarşısını almağa nə dərəcədə hazırdır? İrəvan ölkədə birdən-birə noutbukların, smartfonların, telsizlərin... və hətta bəlkə də “elitar” velosipedlərin partlamaması üçün hər hansı bir addım atacaqmı?”

Göründüyü kimi, “informasiyanın” sonunda əslində əsas hədəfin Paşinyan hökuməti olduğu üzə çıxır. Məhz “elitar velosipedin partladılması” dedikdə Paşinyana “daş atılır”...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR