Onlayn ictimai-siyasi qəzet
“Rusiya-Ermənistan münasibətlərində gərginlik nə vaxtsa artıb, indi isə vəziyyəti həll etmək vaxtıdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Xaçatur Sukiasyan deyib.
Onun fikrincə, Ermənistanın Avrasiya Birliyindəki tərəfdaşları problemi çox böyütməməlidirlər, çünki gələcəkdə onlar da Avropa bazarına çıxmaq istəyəcəklər. Sukiasyanın bildirdiyinə görə, həm AB, həm də AİS, əslində, iqtisadi bazarlardır və dünyada hamı belə bazarlar uğrunda mübarizə aparır.
Erməni deputatın sözlərinə görə, indi dünyada üç mühüm amil fəaliyyət göstərəcək: birincisi karbohidrogen ehtiyatları, ikincisi logistik imkanlar, üçüncüsü texnologiyaya yaxınlıq.
Erməni deputat Moskvanın Ermənistanın AB-nə inteqrasiyası prosesinə sərt reaksiyasını və İrəvanı batmaqda olan Titanik”ə bənzətməsini emosional adlandırıb.
“Əgər münasibətlər korlanarsa, təkcə Ermənistan deyil, Rusiya da itirəcək. Rusiya tərəfdən sərt bəyanatlar gəlməsə, daha yaxşı olar”, - deyə o qeyd edib.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ