İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: “Kim dedi ki, Qarabağ məsələsi Ermənistanın gündəmindən çıxıb?”  

“Qarabağ məsələsinə hələ dəfələrlə toxunacağıq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib.

“Qarabağ məsələsi demək olar ki, bütün hökumət iclaslarında müzakirə olunur. Qarabağ məsələsinin bağlandığını deyirsiz, sonra da bildirirsiz ki, baş nazir bunu niyə müzakirə edir? İndi belə çıxır ki, baş naziri bunu müzakirə etməkdə günahlandırırsınız?”, - deyə Xaçatryan bildirib.

Erməni deputat Qarabağ məsələsinin hökumətin gündəmindən çıxdığı barədə suallara da cavab verib: “Bunu kim deyib? Qarabağ ermənilərinin problemləri mövcuddur və həm Ermənistanda, həm də beynəlxalq qurumlarda onların bütün hüquqlarının müdafiəsi üçün çoxlu tədbirlər görüləcək”,-deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR